- Offside
- 00:16 09.08.2026
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək.
90deqiqe.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışlar avqustun 19-20-də Yardımlı Olimpiya İdman Kompleksində təşkil olunacaq. Turnir çərçivəsində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə X Azərbaycan çempionatı baş tutacaq.
Qeyd edək ki, yarışları izləmək istəyən tamaşaçılar üçün giriş sərbəst olacaq.