3 avqust 2026. Bazar ertəsi

Azərbaycan idmançılarının yeni reytinq siyahısı açıqlandı


  • Offside
  • 19:44 03.08.2026
  • Oxunma sayı: 42
Azərbaycan idmançılarının yeni reytinq siyahısı açıqlandı

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2026-cı ilin avqust ayı üzrə reytinq cədvəlini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, yunan-Roma güləşçisi Həsrət Cəfərov 480 xalla siyahıda birinci pillədəki mövqeyini qoruyub.

Sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla ikinci, digər sərbəst güləşçi Arseniy Djioyev isə 420 xalla üçüncü pillədə qərarlaşıb.

İlk "10-luq"da Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nurəddin Novruzov (sərbəst güləş, 270 xal), Qaşim Maqomedov (taekvondo, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.







Offside