- Offside
- 21:39 03.08.2026
Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının püşkatma mərasimi baş tutub.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkə çempionatı avqustun 4-8-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq. Yarışın əsas mərhələsinin oyunları avqustun 4 və 5-də keçiriləcək. Həmin günlərdə ilk qarşılaşmalar saat 09:00-da, son matçlar isə saat 17:00-da start götürəcək.
Turnirin proqramına əsasən, avqustun 6-da bürünc medal uğrunda görüşlər keçiriləcək. Qaliblərin müəyyənləşəcəyi final qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan çempionu adını qazanacaq qadın və kişi komandaları 2026-cı ildə təşkil olunacaq klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ əldə edəcəklər.