- Offside
- 23:32 03.08.2026
23 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olmuş amerikalı tennisçi Serena Uilyams və yeddi "Böyük dəbilqə" tituluna sahib bacısı Venus Uilyams ABŞ-ın Cincinnati şəhərində keçiriləcək "Masters" turnirində cütlük yarışında qüvvələrini sınayacaqlar.
90deqiqe.Az-ın məlumatına görə, tennisçi bacılar turnirdə iştirak etmək üçün xüsusi dəvət (wild-card) alıblar. Bundan əlavə, Venus Uilyams fərdi yarışda da mübarizə aparacaq.
Qeyd edək ki, Serena və Venus Uilyamsın yaşı müvafiq olaraq 44 və 46-dır. Bacılar 2026-cı il Uimbldon turnirində də birlikdə çıxış etməyi planlaşdırırdılar, lakin Serena dizindən aldığı zədə səbəbindən yarışdan kənarda qalmalı olmuşdu.
Bu turnir Serena Uilyams üçün karyerasını bərpa etdikdən sonra ilk yarış olacaq.
Cincinnati "Masters" turniri avqustun 13-dən 23-dək keçiriləcək.