- Offside
- 23:32 03.08.2026
Rusiyalı tennisçi Anna Blinkova Kanadanın Toronto şəhərində keçirilən WTA-1000 kateqoriyalı turnirin ilk mərhələsində məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqinin 104-cü pilləsində qərarlaşan Blinkova Slovakiyanı təmsil edən, reytinqdə 141-ci sırada olan Rebeka Şramkovaya uduzub. Görüş slovakiyalı tennisçinin 6:3, 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Tennisçilər kortda 1 saat 19 dəqiqə mübarizə aparıblar. Blinkova bir as zərbəsi vurub, 5 qoşa səhvə yol verib və dörd imkanından ikisində breykdən yararlanıb. Şramkova isə 4 dəfə topu oyuna daxil etmədə birbaşa xal qazanıb, 4 qoşa səhv edib və 9 breyk imkanından 5-ni reallaşdırıb.
Turnirin ikinci mərhələsində Rebeka Şramkova dünya reytinqinin 15-cisi olan rusiyalı Diana Şnayderlə qarşılaşacaq.
Qeyd edək ki, Toronto WTA-1000 turniri avqustun 2-dən 13-dək keçirilir.