4 avqust 2026. Çərşənbə axşamı

Teylor Frits Vaşinqton turnirinin qalibi oldu


  • Offside
  • 01:13 04.08.2026
  • Oxunma sayı: 43
Teylor Frits Vaşinqton turnirinin qalibi oldu

ABŞ tennisçisi Teylor Frits Vaşinqtonda keçirilən ATP-500 turnirinin qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqində 10-cu pillədə qərarlaşan 28 yaşlı tennisçi final görüşündə reytinqin 24-cü sırasında yer alan ispaniyalı Rafael Xodarı 7:6 (7:2), 6:4 hesabı ilə məğlub edərək çempionluğa yiyələnib.

1 saat 48 dəqiqə davam edən qarşılaşmada Frits altı eys vurub, üç ikiqat səhvə yol verib və əldə etdiyi üç breyk imkanından ikisini dəqiq reallaşdırıb. Xodar isə beş eys, üç ikiqat səhvlə yadda qalıb və qazandığı üç breyk şansından yalnız birindən yararlana bilib.

Bu uğur Teylor Fritsin ATP turnirlərində qazandığı 11-ci titul olub.

Qeyd edək ki, Vaşinqtonda keçirilən ATP-500 turniri iyulun 27-dən avqustun 3-dək davam edib. Yarışın ötənilki qalibi avstraliyalı Aleks de Minor olmuşdu.







Offside