4 avqust 2026. Çərşənbə axşamı

"Gəncə" heyətini milli üzvü ilə gücləndirdi


  • Offside
  • 15:55 04.08.2026
  • Oxunma sayı: 34
"Gəncə" heyətini milli üzvü ilə gücləndirdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Gəncə" basketbol klubu heyətini daha bir yerli oyunçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a məlumata görə, Gəncə təmsilçisi 21 yaşlı müdafiəçi Əlibəy Məmmədli ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Əlibəy Məmmədli ötən mövsümdə "Naxçıvan"ın kapitanı kimi çıxış edib. Basketbolçu "Gəncə" üçün də tanış simadır. Belə ki, o, 2023/2024 mövsümündə də bu komandanın formasını geyinib.

Gənc oyunçu Azərbaycanın U-18 və U-20 milli komandalarına dəvət alıb. O, eyni zamanda kişilərdən ibarət 3x3 basketbol üzrə Azərbaycan millisinin də üzvüdür.







Offside