4 avqust 2026. Çərşənbə axşamı

Azərbaycan atıcısı U-23 Avropa çempionatının finalına yüksəldi


  • Offside
  • 16:55 04.08.2026
  • Oxunma sayı: 46
Azərbaycan atıcısı U-23 Avropa çempionatının finalına yüksəldi

Azərbaycan təmsilçisi Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa atıcılıq çempionatında uğurlu çıxışı ilə finala vəsiqə qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növündə təsnifat mərhələsini uğurla başa vuraraq həlledici mərhələyə yüksəlib.

Yüksək nəticə göstərən Zeynəb Sultanova bununla da qitə çempionatında medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, Polşada təşkil olunan U-23 Avropa çempionatına avqustun 12-də yekun vurulacaq.







Offside