- Offside
- 18:52 18.09.2026
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Latviya yığmasına qarşı Bakıda keçirəcəyi yoxlama görüşlərinin tarixi müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, komandalar arasında keçiriləcək qarşılaşmalar avqustun 7 və 8-də baş tutacaq.
Millimizin hazırlıq proqramı çərçivəsində daha bir rəqibi Belarus yığması olacaq. Bu komanda avqustun 9-dan sonra Bakıya gələcək.
Belarus millisi ilə keçiriləcək yoxlama oyunlarının tarixi isə hələlik açıqlanmayıb.