4 avqust 2026. Çərşənbə axşamı

Azərbaycan atleti U-20 dünya çempionatında mübarizə aparacaq


  • Offside
  • 18:30 04.08.2026
  • Oxunma sayı: 44
Azərbaycan atleti U-20 dünya çempionatında mübarizə aparacaq

Azərbaycan millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 atletika üzrə dünya çempionatında çıxış edəcək.

Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı mundialda 400 metr məsafəyə qaçış növündə ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 5-dən 9-dək davam edəcək. Yarışda dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc atlet medallar uğrunda mübarizə aparacaq.







Offside