- Offside
- 22:49 04.08.2026
Sona Atayeva və Xanım Cəlilovadan ibarət "Gəncə-2" komandası çimərlik voleybolu üzrə qadınlar arasında Azərbaycan çempionatında ilk qələbəsini əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında keçirilən yarışın əsas mərhələsində Gəncə təmsilçisi "Təhsil-3" komandası ilə üz-üzə gəlib. Qarşılaşma "Gəncə-2"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ölkə çempionatının qalibi olacaq komandalar 2026-cı ildə təşkil ediləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.