4 avqust 2026. Çərşənbə axşamı

"LANDAU Lions" ABŞ-li basketbolçunu transfer etdi


  • Offside
  • 20:53 04.08.2026
  • Oxunma sayı: 37
"LANDAU Lions" ABŞ-li basketbolçunu transfer etdi

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "LANDAU Lions" basketbol klubu amerikalı Edvard Polaytı transfer edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, hücumçu mövqeyində çıxış edən basketbolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Edvard Polayt Azərbaycanda yad sima deyil. O, daha əvvəl "Neftçi"nin formasını geyinib və Azərbaycan Basketbol Liqasında keçirdiyi oyunlarda orta hesabla 13,7 xal, 9 ribaund və 3,5 məhsuldar ötürmə ilə komandasının aparıcı oyunçularından biri olub.







Offside