5 avqust 2026. Çərşənbə

Ronaldo "Əl-Nəsr"in düşərgəsinə qayıtdı - Komanda ilə məşq etməsə də, futbolçulara dəstək verdi - VİDEO


  • Offside
  • 22:49 04.08.2026
  • Oxunma sayı: 39
Ronaldo "Əl-Nəsr"in düşərgəsinə qayıtdı  - Komanda ilə məşq etməsə də, futbolçulara dəstək verdi - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni mövsümə hazırlıq çərçivəsində İspaniyanın "Almeriya" komandası ilə yoldaşlıq oyunu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Kriştiano Ronaldo hələlik komanda ilə məşqlərə qoşulmasa da, oyundan öncə futbolçularla görüşərək onlara uğurlar arzulayıb.

Kadrlarda portuqaliyalı ulduzun cins şalvar və uzunqol köynəkdə stadiona gəldiyi, futbolçuları salamladığı görünür.

Paylaşılan fotolardan birində isə Kriştiano Ronaldo iyulun əvvəlində "Əl-Nəsr"in baş məşqçisi təyin olunan Ange Postekoğlu ilə görüşür. Tərəflər əvvəlcə əl sıxıb, daha sonra qucaqlaşıblar.

Qeyd edək ki, daha əvvəl mətbuatda Kriştiano Ronaldonun avqustun 8-də uzun illərdir birlikdə olduğu Corcina Rodrigeslə nikah masasına əyləşəcəyi barədə xəbərlər yayılmışdı.







Offside