5 avqust 2026. Çərşənbə

"Sabahın Ulduzları"nda dəyişiklik - "Şəfa"nı "Rekord" əvəz etdi


  • Offside
  • 09:16 05.08.2026
  • Oxunma sayı: 47
"Sabahın Ulduzları"nda dəyişiklik  - "Şəfa"nı "Rekord" əvəz etdi

Bakı Futbol Federasiyasının Təşkilat Komitəsi "Sabahın Ulduzları" U-15 yaş qrupu üzrə keçirilən yarışlarla bağlı qərar qəbul edib.

Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, sözügedən yarışlar Azərbaycanda təşkil olunacaq FIFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin formalaşdırılması məqsədilə seleksiya xarakteri daşıyır. FIFA-nın qərarına əsasən, turnirdə yalnız 2011 və 2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulur.

Bildirilib ki, "Şəfa" FK-nın heyətində 2011-ci il təvəllüdlü futbolçuların olmaması, həmçinin klub akademiyasının yeni formalaşması nəzərə alınıb. Klubun müraciəti əsasında komandanın "Sabahın Ulduzları" yarışlarında iştirakına xitam verilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, U-15 yaş qrupu üzrə yarışlarda "Şəfa" FK-nı "Rekord" komandası əvəz edəcək.







Offside