- Offside
- 19:00 05.08.2026
"Gəncə" basketbol klubu heyətini qorumaq istiqamətində növbəti addım atıb.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, komanda basketbolçu İslam Rzayevlə müqavilənin müddətini uzadıb.
Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə yeni müqavilə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.
Beləliklə, İslam Rzayev qarşıdakı mövsümdə də "Gəncə"nin uğurları üçün mübarizə aparacaq.