5 avqust 2026. Çərşənbə

Azərbaycanın U-15 boks millisi Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq


  • Offside
  • 11:09 05.08.2026
  • Oxunma sayı: 26
Azərbaycanın U-15 boks millisi Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Avqustun 6-da Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir start götürəcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda ölkəmiz də təmsil olunacaq.

Millimiz baş məşqçi Etibar Abdullayevin rəhbərliyi altında iki boksçu ilə turnirə qatılacaq. Yarışda Sərxan Haqverdiyev 70 kiloqram, Teymur Tanrıverdiyev isə +70 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq.

Azərbaycanlı idmançılar beynəlxalq turnirdə uğurlu çıxış edərək medal qazanmağa çalışacaqlar.







Offside