- Offside
- 19:00 05.08.2026
Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində 10 oğlan və 4 qız cüdoçu yer alıb.
Azərbaycan millisinin heyəti belədir:
Qızlar:
40 kiloqram: Sunay Salamova, Zəhra Quliyeva
44 kiloqram: Pərvin Sevxanlı
48 kiloqram: Könül Eyvazlı
Oğlanlar:
50 kiloqram: Fərid Rzazadə
55 kiloqram: Fərid Xudiyev, İbrahim Talıbo
66 kiloqram: İlkin Qarayev
73 kiloqram: Yusuf Nəzər, Sadiq Məmmədov
81 kiloqram: Ayxan Həsənli, Yaqub Məmmədov
90 kiloqram: Ömər Axundov, Nurəddin Əliyev.
Qeyd edək ki, 20–23 avqust tarixlərində təşkil olunacaq dünya çempionatında 61 ölkədən ümumilikdə 459 idmançı (242 oğlan, 217 qız) medallar uğrunda mübarizə aparacaq.