- Offside
- 19:00 05.08.2026
Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komanda yarışı ümumilikdə 22 medalla başa vurub. Yığmanın aktivində 8 qızıl, 6 gümüş və 8 bürünc medal yer alıb.
Qızıl medalları Ayan Əliyeva (27 kq), Dərya Hüseynova (30 kq), Fidan Qəfərova (33 kq), Rada Əsəd (44 kq), Rüqəyya Hümbətli (51 kq), Səbrin Bayramova (52 kq), Harun Salmanzadə (58 kq) və Gülnaz Abdullazadə (59 kq) qazanıblar.
Gümüş medallara Ümid Şahbazov (41 kq), Ülvi Məmmədov (45 kq), Zeyd Sadıxov (45 kq), Esmanur Azayeva (47 kq), Fərid Xəlimov (48 kq) və Fatimə Ramazanlı (55 kq) sahib çıxıblar.
Bürünc medalları isə Ümid Aslanov (25 kq), Esma Abdullazadə (29 kq), Əhməd Mürvətov (33 kq), Yaqut İsmayıllı (33 kq), Nazlı Hacıyeva (37 kq), Malikəjdər Qalabəyov (41 kq), Elgün Məmmədli (49 kq) və Cavad Heydərli (53 kq) əldə ediblər.
Beləliklə, Azərbaycan millisi "Batumi Open" beynəlxalq turnirini 22 medalla başa vuraraq uğurlu nəticəyə imza atıb.