- Offside
- 19:00 05.08.2026
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, yığma A qrupunun IV turunda İslandiya seçməsi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma rəqib komandanın 77:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan millisi turnirdə dördüncü oyununda da meydanı məğlub tərk edib. Komandamız bundan əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.
Dörd turdan sonra A qrupunda İslandiya 7 xalla liderdir. Rumıniya və Portuqaliya yığmaları hərəyə 6 xalla ikinci və üçüncü pillələrdə qərarlaşıb. Niderland və Azərbaycanın aktivində isə 4 xal var.