6 avqust 2026. Cümə axşamı

"Gəncə" üç legionerlə yollarını ayırdı


  • Offside
  • 11:07 06.08.2026
  • Oxunma sayı: 28
"Gəncə" üç legionerlə yollarını ayırdı

"Gəncə" basketbol komandasında heyətlə bağlı növbəti ayrılıqlar rəsmiləşib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, ABŞ-li legionerlər Delano Spenser, Ceykob Uayli və Kori Rivs yeni mövsümdə Gəncə təmsilçisinin formasını geyinməyəcəklər.

Bildirilib ki, hər üç basketbolçu ilə müqavilənin müddəti başa çatdığı üçün tərəflər arasında əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, "Gəncə" yeni mövsüm öncəsi heyətində dəyişiklikləri davam etdirir.







Offside