6 avqust 2026. Cümə axşamı

Azərbaycan və Türkmənistan boksçuları birgə təlim-məşq toplanışına başlayıb


  • Offside
  • 19:16 06.08.2026
  • Oxunma sayı: 22
Azərbaycan və Türkmənistan boksçuları birgə təlim-məşq toplanışına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq.

Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.







Offside