- Offside
- 17:18 23.11.2024
ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 2021-ci ildə "Formula 1" üzrə Qran-pri keçiriləcək.
Corner.az-ın məlumatına görə, bununla bağlı "Formula 1" və Mayami rəsmiləri arasında razılıq əldə olunub. Yarış "Mayami Dolfins"in ev oyunlarını keçirdiyi "Hard Rock Stadium"un ətrafında gerçəkləşəcək. Qran-prinin şəhər küçələrində təşkilinə dair müraciət isə yerli rəhbərliyin sərt etirazı ilə qarşılanıb.
Qeyd edək ki, ABŞ-da daha bir Qran-pri Texas ştatındakı Ostin şəhərində keçirilir.