- Offside
- 23:04 06.08.2026
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə ölkə çempionatı davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal qarşılaşmaları, eləcə də kişilər arasında üçüncü yer uğrunda oyun baş tutub.
Bürünc medal uğrunda görüşdə FHN-1 komandası "Sağlam Həyat-2" kollektivini 2:0 hesabı ilə məğlub edərək ölkə çempionatının üçüncüsü olub.
Avqustun 8-də qadınlar arasında üçüncü yer uğrunda oyunda "Milli Aviasiya Akademiyası-1" və "Milli-1" komandaları üz-üzə gələcəklər.
Həmin gün keçiriləcək final görüşlərində qadınların yarışında "Azərreyl Salam" "Azərreyl Salam Sharing"lə, kişilərin mübarizəsində isə FHN-2 komandası "Djevo" ilə üz-üzə gələcək.
Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.
Qeyd edək ki, ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.