- Offside
- 19:46 07.08.2026
Azərbaycan Basketbol Liqasında çıxış edən "Gəncə" klubu heyətini qorumaq istiqamətində növbəti addımını atıb.
Klubun mətbuat xidmətidən 90deqiqe.Az-a verilən məlumata görə, Gəncə basketbol məktəbinin yetirməsi Mirməcid İsmayılovla müqavilənin müddəti uzadılıb.
Tərəflər arasında imzalanan yeni anlaşmaya əsasən, 21 yaşlı hücumçu qarşıdakı mövsümün sonunadək "Gəncə"nin formasını geyinməyə davam edəcək.
Beləliklə, yerli basketbolçu yeni mövsümdə də Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.