7 avqust 2026. Cümə

Yeniyetmə cüdoçular üçün dünya çempionatı öncəsi seminar keçirildi


  • Offside
  • 13:26 07.08.2026
  • Oxunma sayı: 47
Yeniyetmə cüdoçular üçün dünya çempionatı öncəsi seminar keçirildi

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisinin üzvləri üçün dünya çempionatı ərəfəsində maarifləndirici seminar təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib. Tədbirdə yığmanın məşqçilər korpusu da iştirak edib.

Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son qayda dəyişiklikləri ilə tanış etmək, eləcə də yarışlar zamanı qarşılaşa biləcəkləri müxtəlif oyun epizodları üzrə hakimlik meyarlarını izah etmək olub.

Natiq Bağırov çıxışı zamanı beynəlxalq qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və müxtəlif vəziyyətlərin qiymətləndirilməsi barədə ətraflı məlumat verib. Seminar çərçivəsində yarışlardan nümunə epizodlar təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yeniyetmə cüdoçuların qarşıdakı dünya çempionatına daha hazırlıqlı şəkildə qatılmalarına töhfə verməsi məqsədilə təşkil olunduğu bildirilib.







Offside