16 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisi Avropa çempionatında ilk qələbəsini qazandı


  • Offside
  • 14:03 07.08.2026
  • Oxunma sayı: 127
Azərbaycan millisi Avropa çempionatında ilk qələbəsini qazandı

Rumıniyada keçirilən 18 yaşadək qızlardan ibarət basketbolçular arasında Avropa çempionatının B divizionunda Azərbaycan millisi növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız 17-20-ci yerlər uğrunda təsnifat mərhələsində Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan komandasının 75:73 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, millimiz turnirdə ilk qələbəsini rəsmiləşdirərək 17-ci yer uğrunda mübarizəni davam etdirmək şansı qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti görüşünü sabah Estoniya millisinə qarşı keçirəcək.

Xatırladaq ki, komandamız qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olmuşdu.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar