7 avqust 2026. Cümə

Çimərlik voleybolu üzrə ölkə çempionatında bürünc medalın sahibi müəyyənləşdi


  • Offside
  • 19:46 07.08.2026
  • Oxunma sayı: 32
Çimərlik voleybolu üzrə ölkə çempionatında bürünc medalın sahibi müəyyənləşdi

Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı həlledici mərhələyə çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdman Sarayında təşkil olunan yarışın növbəti oyun günündə qadınlar arasında üçüncü yer uğrunda qarşılaşma keçirilib. Bürünc medal uğrunda oyunda "Milli Aviasiya Akademiyası-1" komandası "Milli-1"lə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüşdə "Milli Aviasiya Akademiyası-1" rəqibini 2:1 hesabı ilə məğlub edərək ölkə çempionatının bürünc medalını qazanıb.

Çempionata avqustun 8-də keçiriləcək final oyunları ilə yekun vurulacaq. Qadınların həlledici görüşündə "AZERRAIL Salam" komandası "AZERRAIL Salam Sharing"lə qarşılaşacaq. Kişilərin finalında isə FHN-2 kollektivi "Djevo" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Final qarşılaşmalarından sonra qaliblər və mükafatçılar üçün təltifetmə mərasimi təşkil olunacaq.

Qeyd edək ki, ölkə çempionu olacaq kişi və qadın komandaları 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa Kubokunda Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.







Offside