8 avqust 2026. Şənbə

"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı


  • Offside
  • 13:54 08.08.2026
  • Oxunma sayı: 44
"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı

"İmişli" futbol klubu Quba Olimpiya İdman Kompleksi ilə əməkdaşlığa son qoyub.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi 2025/2026 mövsümündə ev oyunlarını keçirdiyi arena ilə vidalaşıb.

"İmişli" Quba Olimpiya İdman Kompleksinə göstərilən diqqətə, futbolçular və komanda üçün yaradılan şəraitə, eləcə də qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, "İmişli"nin 2026/2027 mövsümündə Azərbaycan Premyer Liqası çərçivəsində ev oyunlarını hansı stadionda keçirəcəyi hələlik məlum deyil.







Offside