- Offside
- 16:14 08.08.2026
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, 17-20-ci yerlər uğrunda mübarizə aparan yığmamız bu dəfə Estoniya seçməsi ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Azərbaycan millisi 74:71 hesablı qələbə qazanıb.
Bu nəticə ilə komandamız təsnifat mərhələsində ardıcıl ikinci qələbəsini əldə edib. Millimiz daha əvvəl Şimali Makedoniyanı 75:73 hesabı ilə məğlub edib.
Azərbaycan yığması növbəti oyununu sabah Norveç millisinə qarşı keçirəcək.
Qeyd edək ki, komandamız qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub.