8 avqust 2026. Şənbə

Lionel Messinin atası vəfat etdi


  • Offside
  • 15:14 08.08.2026
  • Oxunma sayı: 58
Lionel Messinin atası vəfat etdi

Argentina millisinin kapitanı, dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Məlumata görə, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xorxe Messi Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

Xorxe Messi oğlunun futbolçu kimi formalaşmasında mühüm rol oynayıb. O, Lionel Messinin "Nyuells Old Boys" akademiyasındakı ilk addımlarından başlayaraq karyerasını yaxından izləyib və onun İspaniyaya köçərək "Barselona"nın akademiyasına qoşulması prosesində əsas dəstəkçilərindən biri olub.

Lionel Messi uşaqlıq illərində böyümə hormonu çatışmazlığından əziyyət çəkərkən onun müalicəsi üçün imkanların araşdırılmasında da Xorje Messinin mühüm rolu olub. Sonradan "Barselona" futbolçunun müalicə xərclərini öz üzərinə götürüb və onun peşəkar inkişafı üçün lazımi şərait yaradıb.

Xorxe Messi uzun illər ərzində oğlunun meydandan kənar əsas məsləhətçisi və nümayəndəsi kimi fəaliyyət göstərib. O, ictimaiyyət qarşısında nadir hallarda görünsə də, Lionel Messinin karyerasının ən mühüm mərhələlərində oğlunun yanında olub.







Offside