- Offside
- 20:51 08.08.2026
Mingəçevirdə Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış artıq beşinci dəfə təşkil olunub.
Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği və üzgüçülüyün daha geniş yayılması məqsədi daşıyan yarışda 12 yaşdan 75 yaşadək iştirakçılar mübarizə aparıblar.
Bu il ilk dəfə olaraq “Kürü keçək?!” iki məsafə üzrə – 350 və 1000 metr məsafələrdə təşkil olunub. İştirakçılar qadınlar və kişilər arasında altı yaş kateqoriyası üzrə yarışıb.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakılar olub:
350 metr
12-17 yaş (qızlar) – Aleksandra Slepenko
12-17 yaş (oğlanlar) – Yusif Sofiyev
18-23 yaş (qızlar) – Gülarə Nəzərova
18-23 yaş (oğlanlar) – Matsvey Danilau
24-35 yaş (qadınlar) – Tubu Abdulzadə
24-35 yaş (kişilər) – Hüseyn İsnayıllı
36-55 yaş (qadınlar) – Yelena Dubentsova
36-55 yaş (kişilər) – Roman Vladıka
56-70 yaş (qadınlar) – Natalya Baykova
56-70 yaş (kişilər) – Pyotr Kuvshinov
71 yaşdan yuxarı (kişilər) – Vaqif Nəsibov
1000 metr
12-17 yaş (qızlar) – Məryəm Cavadova
12-17 yaş (oğlanlar) – Fərhad Şirməmmədli
18-23 yaş (qızlar) – Alisa Belaya
18-23 yaş (oğlanlar) – Səid Həmidov
24-35 yaş (qızlar) – Fatimə Alkərəmova
24-35 yaş (oğlanlar) – Zaur Arkaniya
36-55 yaş (qadınlar) – Natalya Mordasova
36-55 yaş (kişilər) – Roman Qalavatskiy
56-70 yaş (qadınlar) – Olena Timçenko
56-70 yaş (kişilər) – Anatoliy Baykov
Qeyd edək ki, 71 yaşdan yuxarı kateqoriyada 1000 metr məsafə üzrə qalib təqdim olunan nəticələr siyahısında göstərilməyib.
Yarışın sonunda qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər şəxslər təqdim ediblər.