16 sentyabr 2026. Çərşənbə

Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb


  • Offside
  • 22:23 08.08.2026
  • Oxunma sayı: 111
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda Azərbaycan idmançısı fəxri kürsüyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, turnirin ilk günündə -63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə Rumıniya təmsilçisi Maya Adamaçini məğlub edərək yarışın mükafatçıları sırasına düşüb.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycanın daha 10 cüdoçusu tatami üzərinə çıxacaq.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar