- Offside
- 23:39 08.08.2026
Çimərlik voleybolu üzrə klublararası Azərbaycan çempionatına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın sonuncu günündə final qarşılaşmaları baş tutub.
Bakı Su İdmanı Sarayında təşkil olunan qadınların finalında “AZERRAIL Salam” və “AZERRAIL Salam Sharing” komandaları üz-üzə gəlib. “AZERRAIL Salam” rəqibini 2:0 (21:15, 21:17) hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.
Kişilərin finalında isə FHN-2 və “Djevo” komandaları qarşılaşıb. Üç set davam edən görüş FHN-2-nin 2:1 (26:24, 17:21, 15:11) hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “AZERRAIL Salam” və FHN-2 komandaları çimərlik voleybolu üzrə klublararası Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Qadınların yarışında medalçılar:
Qızıl – “AZERRAIL Salam” (Kseniya Dabija, Leyla Əliyeva)
Gümüş – “AZERRAIL Salam Sharing” (Səbinə Əlizadə, Alyona Osipova)
Bürünc – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli, Çinarə Quliyeva, Albina Dəmirova)
Kişilərin yarışında medalçılar:
Qızıl – FHN-2 (Almaro Nunez Gustavo, Asif Əliyev, Elmin Alişanov)
Gümüş – “Djevo” (İbrahim Məmmədov, Məhəmməd Aslanlı)
Bürünc – FHN-1 (Vadim Kutukov, Reyes Rodrigez, Ülvi Rəcəbli)
Final qarşılaşmalarından sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qaliblərə kubok, diplom və medalları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər. Birinci yerin sahibləri, həmçinin federasiyanın tərəfdaşı VFM Şirkətlər Qrupunun təqdim etdiyi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, çempionat avqustun 4-də start götürüb.