- Offside
- 00:16 09.08.2026
ABŞ prezidenti Donald Trampın oğlu və iş adamı Donald Tramp Jr. NBA-nın sabiq mərkəz oyunçusu Enes Kanterin 2027-ci il WNBA draftında iştirak etmək niyyətinə dəstək verib.
90deqiqe.Az-ın məlumatına görə, Tramp Jr. sosial şəbəkə hesabında Kanterin ilk mövsümündə WNBA-nın bütün rekordlarını qıracağını iddia edib.
“Proqnoz vermək riskinə gedəcəyəm: Enes ilk mövsümündə WNBA-nın bütün rekordlarını qıracaq. O, qadın basketbolunun inanılmaz dərəcədə parlaq ulduzuna çevriləcək”, – deyə o yazıb.
Qeyd edək ki, Enes Kanter 2027-ci il WNBA draftında iştirak etmək niyyətini açıqlayıb. Sabiq NBA basketbolçusu bu addımı liqanın iştirak qaydalarına diqqət çəkmək və onların praktikada necə tətbiq olunduğunu yoxlamaq məqsədi daşıdığını bildirib.