- Offside
- 00:16 09.08.2026
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi atasının vəfatı xəbərini aldıqdan sonra ölkəsinə yollanıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Franko Paniso məlumat yayıb.
Messinin atası Xorxe Messi 69 yaşında vəfat edib.
Məlumata görə, Lionel Messinin təyyarəsinin Bakı vaxtı ilə saat 03:00 radələrində doğma şəhəri Rosariyoya enməsi gözlənilir. Bu zaman Rosariyoda saat 21:00 olacaq.
Xorxe Messinin dəfn mərasimi futbolçunun doğma şəhərinin yaxınlığındakı özəl qəbiristanlıqda keçiriləcək.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-da “İnter Mayami”nin formasını geyinir.