9 avqust 2026. Bazar günü

Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Latviyanı iki dəfə məğlub edib


  • Offside
  • 09:15 09.08.2026
  • Oxunma sayı: 35
Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Latviyanı iki dəfə məğlub edib

Avropa çempionatına hazırlığını davam etdirən Azərbaycan qadın voleybolçulardan ibarət milli komandası Bakıda növbəti yoxlama oyunlarını keçirib.

 90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma ölkəmizdə təlim-məşq toplanışı keçən Latviya millisi ilə iki dəfə üz-üzə gəlib. Azərbaycan seçməsi hər iki qarşılaşmadan qələbə ilə ayrılıb.

İlk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edən millimiz ikinci görüşdə daha inamlı təsir bağışlayaraq Latviyanı 3:0 hesabı ilə üstələyib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də izləyib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində C qrupunda mübarizə aparacaq. Yığmamız burada Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları ilə qarşılaşacaq.

C qrupunun oyunları avqustun 21-dən 28-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında keçiriləcək.







Offside