- Offside
- 20:46 09.08.2026
Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndələri Dünya Atletikasının rəhbərliyi ilə görüşlər keçirib.
Bu barədə 90deqiqe.Az-a AAF-dan bildirilib.
ABŞ-nin Yucin şəhərində keçirilən U-20 dünya çempionatı çərçivəsində Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, baş katibi Məhərrəm Sultanzadə, idman işləri üzrə direktoru Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Maqsud Fərzullayev Dünya Atletikasının prezidenti Sebastian Coe ilə görüş keçiriblər.
AFF nümayəndələri, həmçinin Dünya Atletikasının yarışlarının idarə olunması şöbəsinin müdiri Pierce O"Callaghan, yarışlar və tədbirlər şöbəsinin direktoru Marton Gyulai və digər nümayəndələri ilə də görüşlər keçiriblər.
Görüşlərdə beynəlxalq yarışların təşkili, əməkdaşlıq imkanları və Azərbaycan atletikasının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.