16 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisindən Avropa çempionatında inamlı qələbə


  • Offside
  • 14:00 09.08.2026
  • Oxunma sayı: 135
Azərbaycan millisindən Avropa çempionatında inamlı qələbə

Azərbaycanın qadın basketbolçulardan ibarət U-18 milli komandası Avropa çempionatının B divizionunda son oyununu keçirib.

 90deqiqe.Az-ın məlumatına görə, Rumıniyanın Tulça şəhərində təşkil olunan yarışda 17-20-ci yerlər uğrunda mübarizə aparan millimiz Norveç yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan seçməsinin böyük üstünlüyü ilə başa çatıb. Komandamız rəqibini 77:48 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan millisinin üzvü Polina Şukina olub. O, 25 xal toplayıb və 22 ribaundla yadda qalıb.

Beləliklə, U-18 qadınlardan ibarət milli komandamız Avropa çempionatının B divizionunda çıxışını 20 komanda arasında 17-ci pillədə başa vurub.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar