9 avqust 2026. Bazar günü

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri müəyyənləşib


  • Offside
  • 17:27 09.08.2026
  • Oxunma sayı: 27
Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri müəyyənləşib

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku başa çatıb.

 90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən yarış bir neçə gün davam edib. Turnirdə U-15, U-18 və böyüklər kateqoriyalarında ölkənin güclü oxatanları mübarizə aparıblar.

U-15 kateqoriyasında qızlar arasında Selcan Məmmədli, oğlanlar arasında isə Məhəmməd İsmayılov qızıl medal qazanıb. Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medala layiq görülüblər.

U-18 yaş qrupunda Sümeyyə Bədəlli və Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şəms Heybətova və Zahid Kazımzadə ikinci, Zəhra Carçılı və Hüseyn Məhərrəmov isə üçüncü yeri tutublar.

Böyüklər arasında Fatimə Hüseynli və Nurlan Rəhimli Azərbaycan çempionu olublar. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş, Svetlana Simonova və Morozeviç Amiran isə bürünc medal qazanıblar.

Yarışların yekununda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medal və mükafatlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kamandan Oxatma Federasiyasının və “Target Archery Club”ın nümayəndələri tərəfindən təqdim olunub.

Bununla da kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb.







Offside