9 avqust 2026. Bazar günü

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandılar


  • Offside
  • 20:40 09.08.2026
  • Oxunma sayı: 33
Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənc cüdoçular arasında Avropa Kuboku başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisi 2 qızıl və 4 bürünc medal qazanıb.

Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisinin digər medalını yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) qazanıb. O, fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Beləliklə, 33 ölkədən cüdoçuların qatıldığı Avropa Kubokunda Azərbaycan millisi 2 qızıl və 5 bürünc olmaqla, ümumilikdə 7 medala sahib çıxıb və komanda hesabında üçüncü yeri tutub.







Offside