- Offside
- 22:06 09.08.2026
Dünya reytinqində birinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner ABŞ-nin Sinsinnati şəhərində keçiriləcək “Masters” turnirində iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Böyük dəbilqə” turnirlərinin beşqat qalibi sağ dizindəki zədə səbəbindən yarışdan çəkilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Yannik Sinner sağ dizindəki zədə səbəbindən Sinsinnati turnirində iştirak etməyəcək. 2024-cü ilin çempionumuza tezliklə sağalmağı arzulayırıq”, - deyə açıqlamada bildirilib.
Qeyd olunur ki, Sinner bundan əvvəl Milanda yerləşən özəl ortopediya klinikasında planlaşdırılmamış tibbi müayinədən keçib.
İtaliyalı tennisçi 2026-cı ildə Uimbldon turnirində qazandığı qələbədən sonra rəsmi oyuna çıxmayıb.
Sinsinnatidə keçiriləcək “Masters” turniri avqustun 13-dən 30-dək davam edəcək. Sinner ötən il yarışın finalına qədər irəliləyib. Həlledici görüşdə ispaniyalı Karlos Alkarasa qarşı keçirilən matçda italiyalı tennisçi hesab 0:5 olarkən mübarizəni dayandırıb.