- Offside
- 23:20 09.08.2026
“Boka Xuniors”un argentinalı yarımmüdafiəçisi Leandro Paredes Lionel Messinin ailəsində baş verən ağır itki ilə bağlı danışıb.
90deqiqe.Az -ın məlumatına görə, Paredes Messiyə dəstək olmaq üçün onunla görüşmək istədiklərini bildirib:
“Mən hələ də Leo ilə danışa bilməmişəm. Onun ölkəyə gəlməsini gözləyirik ki, bu çətin vaxtda yanında olaq. İndi komanda yoldaşlarımdan bir neçəsi ilə danışacağam və Messinin yanına nə vaxt gedəcəyimizi müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, “İnter Mayami”nin hücumçusunun atası Xorxe Messi avqustun 8-də 68 yaşında vəfat edib. O, uzun müddət ağır xəstəliklə mübarizə aparıb.
Əlavə edək ki, Messinin “İnter Mayami”dəki komanda yoldaşı Rodriqo De Paul da argentinalı futbolçuya dəstəyini ifadə edib. O, MLS matçında vurduğu qoldan sonra Messiyə ithaf xarakterli jestlə yadda qalıb.