- Offside
- 23:57 09.08.2026
Portuqaliya çempionatında növbəti oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün qarşılaşmasında “Portu” doğma meydanda “Alverka”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Əjdahalar” qarşılaşmaya fəal başlayıblar və artıq 9-cu dəqiqədə hesabı açıblar. Andre Silva penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.
Birinci hissənin sonlarına yaxın “Portu” üstünlüyünü iki topa çatdırıb. Bu dəfə Qabi Veiqa fərqlənib. Yarımmüdafiəçi topu qapının sol aşağı küncünə dəqiq göndərərək hesabı 2:0 edib.
İkinci hissədə “Alverka” hesabı dəyişmək üçün irəli atılsa da, qonaqların hücumları nəticə verməyib.
Matçın sonuna qədər hesab dəyişməyib və “Portu” doğma meydanda 2:0 hesablı qələbə qazanaraq aktivinə üç xal əlavə edib.