10 avqust 2026. Bazar ertəsi

Britaniya Qran-prisinin qalibi müəyyənləşdi


  • Offside
  • 23:31 09.08.2026
  • Oxunma sayı: 49
Britaniya Qran-prisinin qalibi müəyyənləşdi

"MotoGP" üzrə 2026-cı il mövsümünün 13-cü mərhələsi olan Britaniya Qran-prisinin əsas yarışı baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərədəki “Silverstoun” avtodromunda keçirilən yarışda “Trackhouse Aprilia”nın ispaniyalı pilotu Raul Fernandes finişə birinci çataraq mövsümdə ilk, karyerasında isə ikinci "MotoGP" qələbəsini qazanıb.

“Aprilia”nın digər ispaniyalı pilotu, dünya çempionu Xorxe Martin yarışı ikinci pillədə başa vurub. Marko Bessekki (“Aprilia”) isə üçüncü olub.

MotoGP. Britaniya Qran-prisi

  1. Raul Fernandes (“Trackhouse Aprilia”) – 20 dövrə
  2. Xorxe Martin (“Aprilia”) – +2,538 saniyə
  3. Marko Bessekki (“Aprilia”) – +3,393
  4. Aleks Markes (“Ducati”) – +4,702
  5. Pedro Akosta (“KTM”) – +6,256
  6. Fabio Di Cannantonio (“Ducati”) – +6,382
  7. Mark Markes (“Ducati”) – +9,950
  8. Bred Binder (“KTM”) – +22,288
  9. Luka Marini (“Honda”) – +23,845
  10. Diyeqo Moreyra (“Honda”) – +25,411

Qeyd edək ki, Xorxe Martinin ikinci yeri çempionatın liderliyini möhkəmləndirməsinə imkan verib.







Offside