- Offside
- 23:57 09.08.2026
Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin atası Xorxe Messi vəfat edib.
90deqiqe.Az-ın “Clarin"ə istinadən məlumatına görə, Xorxe Messinin vida mərasimi bazar günü ailənin doğma şəhəri olan Rosario şəhərində keçirilib.
Lionel Messinin Rosariyoya gəlişi ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Polis futbolçunun atasının dəfn olunduğu “El Prado” qəbiristanlığının ətrafında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib.
Qeyd edək ki, Messinin atası 69 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırladaq ki, Lionel Messi 2023-cü ildən ABŞ-da yaşayır və MLS-də çıxış edən “İnter Mayami”nin formasını geyinir.