10 avqust 2026. Bazar ertəsi

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb


  • Offside
  • 10:55 10.08.2026
  • Oxunma sayı: 34
Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi 2 idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Boksçulardan - Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən boksçular görüşü vaxtından əvvəl tam üstünlüklə öz xeyirlərinə bitiriblər.

Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.







Offside