10 avqust 2026. Bazar ertəsi

Azərbaycan çimərlik voleybolu yığmaları Türkiyədə mübarizə aparacaq


  • Offside
  • 12:52 10.08.2026
  • Oxunma sayı: 37
Azərbaycan çimərlik voleybolu yığmaları Türkiyədə mübarizə aparacaq

Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu milli komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Azərbaycan turnirdə baş məşqçi Atvars Vildenin rəhbərliyi altında iki komanda ilə təmsil olunacaq.

Qadınların yarışında Səbinə Əlizadə və Leyla Əliyeva, kişilərin mübarizəsində isə İbrahim Məmmədov və Məhəmməd Aslanlı ölkəmizi təmsil edəcəklər.

Yarışın nəticələri idmançıların FIVB reytinqində mövqeyinə də təsir göstərəcək.







Offside