10 avqust 2026. Bazar ertəsi

U-19 boksçular arasında Avropa çempionatında Azərbaycanı 13 idmançı təmsil edəcək


  • Offside
  • 16:54 10.08.2026
  • Oxunma sayı: 33
U-19 boksçular arasında Avropa çempionatında Azərbaycanı 13 idmançı təmsil edəcək

Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 9 gün davam edəcək yarışa millimiz 13 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Renat Qiyaslı (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram), Səfdər Məmmədzadə (+90 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Gülər Hüseynova (51 kiloqram) və Əminə Tağıya (54 kiloqram) şans verəcək.

Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.







Offside