10 avqust 2026. Bazar ertəsi

Bakıda BCF Akademiyasının 150-ci sertifikat proqramına start verilib


  • Offside
  • 20:25 10.08.2026
  • Oxunma sayı: 25
Bakıda BCF Akademiyasının 150-ci sertifikat proqramına start verilib

Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, ACF və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqramda ümumilikdə 62 məşqçi iştirak edir.

Onlardan 39-u Azərbaycanı, digər iştirakçılar isə Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyanı təmsil edir.

Proqram çərçivəsində nəzərdə tutulan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimlər zamanı iştirakçılara cüdo məşqçiliyinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunur. Proqramı uğurla başa vuran məşqçilər BCF Akademiyasının beynəlxalq sertifikatı ilə təltif ediləcəklər.

Bakıdakı proqram BCF Akademiyasının 10 illik fəaliyyəti ərzində təşkil olunan 150-ci sertifikat proqramı olması ilə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan indiyədək BCF Akademiyasının 6 sertifikat proqramına ev sahibliyi edib.







Offside