16 sentyabr 2026. Çərşənbə

Azərbaycan velosipedçisi Çində ikinci olub


  • Offside
  • 23:57 10.08.2026
  • Oxunma sayı: 138
Azərbaycan velosipedçisi Çində ikinci olub

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çin Xalq Respublikasında növbəti yarışına çıxıb.

90deqiqe.Az xəbər verir ki, təmsilçimiz “Pardus MK Women’s Cycling Team”in heyətində qatıldığı birgünlük yarışda finiş xəttini ikinci keçib.

Sidorenko bundan əvvəl iki mərhələdən ibarət yarışda da uğurlu çıxış edib. O, ilk mərhələdə birinci, ikinci mərhələdə isə üçüncü yeri tutaraq ümumi təsnifatda qalib olub.

Qeyd edək ki, Viktoriya Sidorenko Çin klubunun heyətində oktyabrın 2-7-də Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq keçir.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar